BMI-nin proqnozuna görə 2026-cı ildə dizel yanacağının dünya üzrə orta qiyməti 2025-ci ildəki 91 dollarlıq səviyyədən 135 dollara yüksələcək. 2027-ci ildə isə bu göstəricinin 122 dollara enəcəyi ehtimal olunur. Məlumatı Trend-ə istinadən NOCOM az xarici xəbər mənbəsi yayıb. BMI şirkətinin analitik qrupu bununla bağlı hesabatında bildirib ki, Hörmüz boğazından tranzit üzərinə qoyulan məhdudiyyətlər ən azı 2027-ci ilin birinci rübünə qədər dizel qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olacaq. Analitiklər əlavə edirlər ki, Yaxın Şərq neftinin və neft məhsullarının tədarükündə baş verən pozuntular dünya bazarında dizelə olan əlçatanlığı məhdudlaşdırır, artıq təklif olan regionlardan tələbatı üstələyən bazarlara yanacağın daşınmasını çətinləşdirir. Tədarükə bağlı fasilələrin ən ciddi təsirini Atlantik hövzəsi bazarları yaşayacaq; Nyu-Yorkda dizel qiymətinin 2026-cı ildə orta hesabla 143 dollar, 2027-ci ildə isə 126 dollar olacağı proqnozlaşdırılır. Həftələrlə qiymətlər 200 dolları keçə bilər."
Dizel qiymətləri qısamüddətli yüksələcək, 2027-də isə düşüş proqnozlaşdırılır
BMI analizinə görə 2026-cı ildə dizel qiymətləri yüksək səviyyədə olacaq, 2028-dən sonra isə ticarət axınları artdıqca qeyd olunan səviyyələr arxaya çəkilir.
Mənbə: No Comment
(30 Oktyabr 2026)