QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Birbank hərbçilər üçün xüsusi nağd kredit kampaniyasına başlayıb. Noyabrın 12-dən 30-dək davam edəcək təkliflə 50 000 AZN-dək kredit 5%-dək endirimlə və zaminsiz rəsmiləşdirilə bilər.
Kredit üçün müraciət prosesi sadələşdirilib: əlavə sənəd təqdim etmək tələb olunmur. Müştərilər müraciəti onlayn və ya oflayn formada edə bilərlər.
Kredit almaq istəyənlər Birbank mobil tətbiqindən istifadə edə, Birbank çatına və 196 Əlaqə Mərkəzinə müraciət edə, yaxud Kapital Bank/Birbankın istənilən filialına yaxınlaşa bilərlər.
Kampaniyanın məqsədi hərbçilərə daha əlçatan və sərfəli maliyyə imkanları təqdim etməkdir.