QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti satınalma müsabiqəsinin nəticəsini açıqlayıb.
Qurumun istifadə etdiyi avadanlıq və proqram təminatlarına texniki xidmət göstərilməsi, həmçinin lisenziyaların alınması üçün “CASPEL” MMC ilə 2 milyon 815 min 98,86 manat dəyərində müqavilə bağlanıb.
2005-ci ildə yaradılan “Caspel” MMC daha əvvəl müqavilə öhdəlikləri ilə bağlı mübahisə zəminində “Azərpoçt” MMC-ni məhkəməyə verib. İşə Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılıb.