QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-mayor Mürsəl İbrahimov və qurumun şəxsi heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkındakı Zəfər Tağı abidəsini ziyarət edib.
Ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi anılıb. Memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri qoyulub.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən, noyabrın 8-i hər il ölkədə Zəfər Günü kimi qeyd olunur.