QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan əsilli Fransa boksçusu Murad Əliyev İstanbulda keçirilən peşəkar boks gecəsindən sonra hücuma məruz qalıb.

Əliyev türkiyəli rəqibi Umut Çamkıran üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanaraq vakant “WBC Silver” çempionluq kəmərinə sahib çıxıb.

Döyüş bitdikdən sonra boksçunun tribunadakı azarkeşlərə tərəf etdiyi hərəkət tamaşaçıların narazılığına səbəb olub. Ardınca bir qrup azarkeş və komanda üzvləri rinqə çıxaraq Əliyevə hücum edib, hadisə kütləvi davaya çevrilib.