QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmət keçən 19 yaşlı əsgər Həsənli Tuncay Elsevər oğlu vəfat edib.

Məlumata görə, hadisə onun hərbi xidmətinin altıncı ayında baş verib.

Bildirilir ki, Tuncay Həsənli anadangəlmə ürək qüsurundan əziyyət çəkib. Bu vəziyyətə görə əvvəlki üç çağırışda xidmətə yararsız sayılıb və hərbi xidmətə çağırılmayıb. Dördüncü çağırışda isə xidmətə cəlb olunub.