QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Xaçmazın Yalama kəndində baş verən yol qəzası ölümlə nəticələnib.
“Mitsubishi” markalı avtomobilin ağaca çırpılması nəticəsində sükan arxasında olan 2000-ci il təvəllüdlü Asim Muradxanov hadisə yerində həyatını itirib.
Asim Muradxanov Vətən müharibəsinin iştirakçısı olub. Hadisə ilə bağlı araşdırma aparılır.