QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Xaçmazda silsilə oğurluqlarda şübhəli bilinən E.Orucov saxlanılıb. Araşdırma zamanı onun müxtəlif vaxtlarda babasına məxsus evdən 1 500 manat götürdüyü üzə çıxıb.
Polisin məlumatına görə, E.Orucov rayonda beş avtomobilin şüşələrini sındıraraq salonlardan maqnitofon və səs gücləndiricilər aparıb.
Hadisələrlə bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.