QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Elvin Əhmədov ötən gün evdən çıxıb və bir daha geri dönməyib.

Elvinin yaxınlarının bildirdiyinə görə, polis onun axtarışına başlayıb. Gəncin boyu 175 santimetrdir, qara saçlı və arıq bədən quruluşludur.

Elvin Əhmədovu görən və ya onun olduğu yer barədə məlumatı olan şəxslər DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Nazirliyin rəsmi sosial şəbəkə səhifələrinə, eləcə də yaxınlarına (070) 926-26-97 nömrəsi ilə məlumat verə bilərlər.