QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində ev sahibinin meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın barədə “112” qaynar xəttinə xəbər daxil olduqdan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə göndərilib. Yanğın söndürülüb.
Yanğın yerində aparılan müayinə zamanı 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən tapılıb. Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.