QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, hüquqşünas Namizəd Səfərovun dələduzluqda ittiham olunduğu cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi iclasda hökm elan olunub. Qərara əsasən, Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

N.Səfərov ötən ilin sonunda polis tərəfindən saxlanılıb. O, bir şəxsin vəzifəyə təyin olunmasına yardım edəcəyini vəd edərək həmin şəxsdən dələduzluq yolu ilə 53 min manat almaqda ittiham olunur.

Hüquqşünasa Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə — külli miqdarda ziyan vurmaqla törədilən dələduzluğa görə ittiham irəli sürülüb.