QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Sumqayıtda içməli su xəttində qəza qeydə alınıb.

Hadisə şəhərin 13-cü mikrorayonunda baş verib. Diametri 200 millimetr olan su borusunun partlaması ərazidə su axınına səbəb olub.

Qəzanı aradan qaldırmaq üçün aidiyyəti qurumun əməkdaşları hadisə yerinə cəlb edilib. Hazırda təmir və bərpa işləri davam edir.