QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Duran Duran” qrupunun gitaraçısı Endi Teylor 65 yaşında vəfat edib. Onun ölümünü ailəsi və qrup üzvləri açıqlayıb.
Teylor noyabrın 23-də prostat xərçəngi səbəbindən dünyasını dəyişib. O, uzun illər xəstəliklə mübarizə aparıb. Musiqiçiyə 2018-ci ildə xərçəng diaqnozu qoyulub, 2022-ci ildə isə xəstəliyin dördüncü mərhələdə olduğunu ictimaiyyətə bildirib.
Endi Teylor “Duran Duran”ın beynəlxalq şöhrət qazanmasında əhəmiyyətli rol oynayıb. Onun gitara ifası “Rio”, “Hungry Like the Wolf” və “Save a Prayer” hitlərində yer alıb.
Teylor 1980-ci ildə qrupa qoşulub. 1986-cı ildə kollektivdən ayrıldıqdan sonra 2000-ci illərin əvvəlində yenidən qrupa dönüb, 2006-cı ildə isə ikinci dəfə ayrılıb.
Musiqiçinin ölümü sənət aləmində və pərəstişkarları arasında kədərə səbəb olub.