QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Əbdül Xalid restoranlarda aşağı qiymətə çıxış edən ifaçıların peşəkar sənətçilərlə rəqabət yaratdığını deyib.

O bildirib ki, bəzi restoran rəhbərləri musiqiçiləri xidmət haqqına əsasən seçir. Xalid məkan sahiblərinin musiqi zövqünə və sənətə qiymət verməsinin vacibliyini vurğulayıb.

“Studiyalarda peşəkar insanlar çalışır. Kim istəyirsə, 30 manata mahnı hazırlayır. Allah xeyir versin. Bu səbəbdən bu gün restoran müdirlərinin də şou-bizneslə bağlı çətinlikləri çoxdur. Məsələn, görür ki, Əbdül Xalid 10 manata gəlir, başqa müğənni isə 2 manata çıxış edir. Həmin ifaçı Əbdül Xalidin mahnılarını, eləcə də Röya xanımın, Aygün xanımın və başqalarının əsərlərini oxuyur. Onun üçün fərq etmir.

Müdir də görür ki, insanlar bu ifaçıya oynayır və ona 2 manat verir. Buna görə 10 manat ödəməkdənsə, onu dəvət etməyə üstünlük verir. Amma məkan sahiblərinin və administratorların zövqlü olması, özünə və işlədiyi yerə dəyər verməsi həqiqətən önəmlidir. Onlar vəfalı, səliqəli insanlar olmalıdırlar. Bu, çox vacibdir”, – deyə Əbdül Xalid bildirib.