QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi son aylarda süni intellekt tətbiq olunan kiberhücumların çoxaldığını açıqlayıb. Hakerlər sistem və şəbəkələrə daxil olmaq üçün boşluqları tez müəyyənləşdirən avtomatlaşdırılmış vasitələrdən yararlanırlar.

Mərkəzin məlumatına görə, süni intellekt əsaslı hücum alətləri əvvəldən mövcud olan təhlükəsizlik çatışmazlıqlarından daha qısa müddətdə istifadə etməyə şərait yaradır. Qurum qeyd edib ki, insidentlərdə aşkarlanan zəifliklər yeni deyil, lakin süni intellekt hücumların icra tempini yüksəldir.

ABŞ Federal Təhqiqat Bürosu da daha əvvəl hakerlərin süni intellektlə işləyən alətlər vasitəsilə kiberhücumları görünməmiş sürətlə həyata keçirməsi barədə xəbərdarlıq edib.

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi bildirir ki, bu hücumların əksəriyyətinin qarşısını əsas kibertəhlükəsizlik qaydalarına riayət etməklə almaq mümkündür.