“Barselona”nın futbolçusu Entoni Qordon Bakı ilə bağlı fikirlərini “Sabah”la matçdan sonra açıqlayıb. UEFA Çempionlar Liqasının V turu çərçivəsində Bakıda keçirilən qarşılaşmanın ardınca o, “Mən Bakı kralıyam? Xeyr, amma bu şəhərin mənim üçün çox xüsusi yeri var” deyib.

İngiltərəli yarımmüdafiəçi het-trik edə biləcəyini, amma sol ayağı ilə vurduğu zərbənin qolla nəticələnmədiyini bildirib. Qordon səfərin uzun çəkdiyini və komanda üçün çətin olduğunu da qeyd edib.

“Rəqib yüksək pressinq tətbiq edirdi. Matçın rəqabətli olacağını gözləyirdik və şanslarımızı dəyərləndirdik. “Barselona”nın futbolçusu olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq bizim əsas xüsusiyyətimizdir”, – deyə o bildirib.