QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 25-də ölkə üzrə qeydə alınmış 49 və əvvəlki dövrlərdən bağlı qalmış 34 cinayətin açılması təmin edilib.
Həmin gün axtarışda olan 79 nəfər saxlanılıb. Onlardan 49-u borclu şəxs kimi axtarışda olub.
Yaşayış ünvanını tərk etdiyi üçün itkin düşmüş kimi axtarılan 9 nəfər ailəsinə qaytarılıb. Dələduzluğa görə axtarılan 11 nəfər isə istintaqa təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər də saxlanılıb.