QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Bakı arasındakı əlaqələri “sönməz məşəl” kimi səciyyələndirib.
Ərdoğan bu fikirləri Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar başa çatdıqdan sonra mətbuata açıqlamasında səsləndirib. O bildirib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yenidən qurulması və inkişafı istiqamətində görülən işlər Türkiyədə diqqətlə izlənilir.
Türkiyə liderinin sözlərinə görə, Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq göstəricisidir. O, Ankaranın imkanları çərçivəsində Azərbaycan torpaqlarının bərpasına töhfə verməyə davam edəcəyini qeyd edib.