QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Ərdoğan bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. O, Qarabağın 30 illik işğaldan azad olunmasının altıncı ildönümü münasibətilə dost və qardaş Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.
Türkiyə Prezidenti Zəfərin əldə olunması üçün mübarizə aparan və Vətən uğrunda şəhid olan qəhrəmanları dərin ehtiram və rəhmətlə yad etdiyini bildirib.