QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda DNT analizlərinin qiyməti testin növünə və məqsədinə görə dəyişir. Atalığın təsdiqi, bioloji qohumluğun yoxlanması, genetik mənşənin müəyyənləşdirilməsi və irsi xəstəliklərin aşkarlanması üçün müxtəlif tariflər tətbiq edilir.
Laboratoriyaların açıqladığı məlumatlara görə, atalığın müəyyənləşdirilməsi üçün testin qiyməti 179-350 manat aralığındadır.
Ata, ana və uşağın iştirakı ilə aparılan müayinənin dəyəri 450 manata qədər yüksələ bilər. Məhkəmə araşdırmalarında istifadə edilən DNT ekspertizasının qiyməti isə müayinənin şərtlərindən asılı olaraq daha yüksək ola bilər.
Bacı-qardaş arasında bioloji qohumluğun araşdırılması təxminən 220 manata başa gəlir. Etnik mənşənin müəyyən edilməsi üçün DNT testinin qiyməti 199 manatdır.
Hamiləlik zamanı atalığın müəyyənləşdirilməsinə imkan verən prenatal testlərin qiyməti 999-1200 manat civarındadır.