QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Zəfər Günü və Qarabağın 30 illik işğaldan azad olunmasının 6-cı ildönümü münasibətilə təbrik edib.

Ərdoğan sosial şəbəkə hesablarında paylaşdığı müraciətdə Azərbaycanı “dostumuz və qardaşımız” adlandıraraq təbriklərini çatdırıb.

Paylaşımda, həmçinin, “Bu böyük zəfər üçün vətən uğrunda canından keçən bütün şəhidlərimizi rəhmətlə yad edirəm” fikri yer alıb.