QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun rəhbəri Sərdal Adalı ilə telefonla əlaqə saxlayıb.

Ərdoğan hadisələrin inkişafını yaxından izlədiyini bildirib, klub və onun azarkeşləri üçün keçmiş olsun arzularını çatdırıb.

Xatırladaq ki, Gürcüstanın Batumi şəhərində UEFA Avropa Liqasının V turu çərçivəsində baş tutan “Beşiktaş” – “Hapoel Beer Şeva” oyununda azarkeşlər arasında qarşıdurma yaşanıb.