QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Beşiktaş Klubu UEFA Avropa Liqasının beşinci turunda İsrail klubu Hapoel Beer-Sheva ilə Gürcüstanın Batum şəhərində keçirilən qarşılaşma öncəsi və zamanı azarkeşlərə qarşı orantısız güc tətbiq edən təhlükəsizlik qüvvələrini qəti şəkildə pisləyib.
Klubun rəsmi saytında yayılan açıqlamada, hadisələrdən təsirlənən azarkeşlərə “keçmiş olsun” diləkləri çatdırılıb və idarə heyəti üzvləri ilə klub rəsmilərinin azarkeşlərin stadyuma daxil olmağa başladığı andan etibarən prosesi yaxından izlədiyi vurğulanıb.
Açıqlamada, azarkeşlərin stada girişində təhlükəsizlik qüvvələri tərəfindən çətinlik yaradıldığı məlum olduqda dərhal UEFA delegesi ilə əlaqə saxlanıldığı, təxliyə qapılarının açılaraq azarkeşlərin sürətli və təhlükəsiz şəkildə daxil olmasının təmin edildiyi bildirilib.
Beşiktaş, təhlükəsizlik qüvvələrinin azarkeşlərə tətbiq etdiyi orantısız gücə qarşı Batumdakı Baş Konsulluq və UEFA qarşısında təşəbbüslərə başlandığını, hər bir azarkeş ölkəyə sağlam-salamat qayıdana qədər prosesi izləyəcəklərini qeyd edib.
Klub həmçinin başqan Serdal Adalı ilə görüşərək prosesi yaxından izlədiyini və camiəyə “keçmiş olsun” diləklərini çatdıran Prezident Recep Tayyip Erdoğan-a təşəkkürünü bildirib və Gürcüstandakı üzücü hadisələrə görə dəstək və “keçmiş olsun” diləklərini bildirən digər futbol klublarına təşəkkür edib.
TÜRKİYƏ FUTBOL FEDERASİYASININ AÇIQLAMASI
Türkiyə Futbol Federasiyası (TFF) də qarşılaşmada azarkeşlərə qarşı polisin hərəkətlərinə etiraz edərək Beşiktaş klubunun yanında olduğunu bəyan edib.
TFF-nin açıqlamasında matç öncəsi və zamanı stadyumdakı qəbul edilməz davranışların pisləndiyi, idman prinsiplərinə, insan ləyaqətinə və qarşılıqlı hörmətə zidd heç bir ayrı-seçkilik, istisna və ya təhlükəsizlik zəifliyinin qəbul edilə bilməyəcəyi vurğulanıb. Azarkeşlərin təhlükəsizliyini təhdid edən və əsas hüquq və azadlıqlarını hədəf alan bu cür hərəkətlər qarşısında susmaq mümkün sayılmayacağı bildirilib.
Açıqlamada həmçinin hadisələrin tam aydınlaşdırılacağı, məsul şəxslərin müəyyən ediləcəyi və zəruri sanksiyaların gecikmədən tətbiq olunacağı üçün TFF-nin prosesi sonuna qədər izləyəcəyi qeyd edilib. Federasiya, bu cür hüquq pozuntularının ört-basdır edilməsinə və ya məsuliyyətə cəlb olunmaqdan yayınmasına göz yumulmamalı olduğunu vurğulayıb.
TFF, Beşiktaş Klubunun və azarkeşlərin yanında olduqlarını təkrar edərək, müdaxiləyə və mənfi rəftara məruz qalmış bütün azarkeşlərə “keçmiş olsun” diləklərini çatdırıb. Federasiya həmçinin hadisələrlə bağlı UEFA qarşısında və digər milli və beynəlxalq platformalarda müvafiq tədbirlərin görüləcəyini bildirib.