QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 15-də Karib dənizində hərəkətdə olan “Caribbean Princess” kruiz gəmisində norovirus səbəbindən kütləvi xəstələnmə qeydə alınıb. Virus kəskin qastroenteritə səbəb olur.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin yaydığı rəsmi açıqlamada gəmidə yoluxanların sayı açıqlanıb. 2 936 sərnişinin 233-də (7,9%), 1 132 heyət üzvünün isə 35-də (3,1%) infeksiya aşkarlanıb.

Layner noyabrın 11-də Floridanın Fort-Loderdeyl limanından yola çıxıb. Karib dənizi hövzəsində 12 gün davam etməsi nəzərdə tutulan səfərin sonunda gəminin noyabrın 23-də geri dönməsi planlaşdırılmışdı.