QafqazNews Izvestia-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 24 noyabrda Özbəkstana lideri Şavkat Mirziyoyevin ölkəsinin 250 illik müstəqilliyi münasibətilə hədiyyə etdiyi özbək ayvanları — besedkalar üçün təşəkkür edib.

"Hörmətli Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkəmizin 250 illiyi şərəfinə mənə hədiyyə etdiyi gözəl özbək besedkaları (və ya ayvanları) üçün təşəkkür etmək istəyirəm", — o, Truth Social sosial şəbəkəsində yazıb.

Tramp əlavə edib ki, bu konstruksiyaların hazırlanması ustalara aylarla vaxt tələb edib və onlar sərt hava şəraitində, ailələrindən uzaqda çalışıblar.

ABŞ lideri besedkaları ictimaiyyətə təqdim etməyə qərar verib. "Gazeta.Ru"ya istinadən bildirilir ki, indi bu ayvanlar Vaşinqtonun Qərbi Potomak parkında yerləşdirilib və hər kəs üçün açıqdır.

Tramp bir il sonra Milli Qəhrəmanlar bağının açılması zamanı bu besedkaların şəhərdə nişan, diplomatik qəbul, sakura çiçəklənməsi festivalı zamanı fotossessiyalar və gündəlik ziyarətlər üçün ən populyar məkanlardan biri olacağını proqnozlaşdırıb.

ABŞ Prezidentinin qlobal tərəfdaşlıqlar üzrə xüsusi nümayəndəsi Paolo Zampolli 5 oktyabrda Trampın Özbəkistana getmək istədiyini demişdi. Potensial səfərin vaxtı hələ müəyyən edilməyib, çünki Trampın cədvəli "son dərəcə sıx" hesab olunur. Həmçinin Prezident Özbəkistanı ABŞ siyasətçilərinin səfər etməli olduğu istiqamət adlandırıb.