QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı meydanda fəxri qarovul düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını qarşılayıb, qarovul dəstəsinin rəisi isə Ərdoğana raport verib.

Mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra fəxri qarovul hərbi marşın müşayiəti ilə prezidentlərin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub. Sonda prezidentlər rəsmi foto çəkdiriblər.