QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında tədbirlər keçirilib.
Beş rayonun hər birində şəhidlərin məzarları ziyarət olunub. Mərasimlərdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan qəhrəmanların xatirəsini ehtiramla anıb, onların misilsiz şücaətinin xalqın yaddaşında daim yaşayacağını bildiriblər.
Səhər başlayan ziyarətlər rayon ictimaiyyətinin iştirakı ilə günün sonunadək davam edib.
Həmçinin qeyd olunan rayonlarda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramları təqdim olunub.