QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə Zəfər Gününün 6-cı ildönümündə Azərbaycana gələcək.

Səfər zamanı Ərdoğan Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak edəcək. Şuşada Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi nəzərdə tutulub.

Proqrama İlham Əliyevlə təkbətək görüş və onun ardınca birgə mətbuat konfransı daxildir. Ərdoğan Şuşadakı Xocalı Soyqırımı Memorialı və Muzeyini, həmçinin Xankəndidə yerləşən Qələbə Abidəsini ziyarət edəcək. Səfər çərçivəsində rəsmi yemək də keçiriləcək.