QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan hökuməti TRIPP layihəsinin icrası üçün “TRIPP Development Company” adlı səhmdar cəmiyyətin yaradılması barədə saziş layihəsinə razılıq verib.
Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib: “Bu gün TRIPP layihəsinin həyata keçirilməsində daha bir mühüm mərhələyə qədəm qoyuruq”.
Saziş Ermənistan hökuməti ilə ABŞ-da təsis edilən TRIPP Development Company US arasında bağlanacaq. Sənədin bir həftə ərzində imzalanması, ardınca isə şirkətin Ermənistanda qeydiyyata alınması planlaşdırılır.
Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın məlumatına görə, şirkətin idarə heyəti beş üzvdən təşkil olunacaq. Onlardan ikisini Ermənistan tərəfi təyin edəcək.