QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İlahə Fərmanlı 292 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru təyin olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, Fərmanlı 2016-cı ildən pedaqoji sahədə çalışır. O, yeni vəzifəyə qədər 76 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olub.

Noyabrın 27-si saat 15:00-dan dövlət ümumi təhsil müəssisələrində vakant direktor yerləri üzrə işə qəbul üçün elektron sənəd qəbulu başlayacaq.

Namizədlər dekabrın 4-ü saat 17:00-dək miq.edu.az/direktor portalında qeydiyyatdan keçə bilərlər.