QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Ermənistan hökuməti TRIPP İnkişaf Şirkətinin səhmdarları arasında imzalanması planlaşdırılan müqaviləyə razılıq verib.

Razılaşmaya görə, şirkətin səhmlərinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsus olacaq. Beş üzvdən ibarət Direktorlar Şurasında ABŞ üç, Ermənistan isə iki nümayəndə təyin edəcək.

Sənəddə 16 istiqamət üzrə qərarların yalnız hər iki tərəfin razılığı ilə qəbul olunması nəzərdə tutulur.

Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl müqavilənin bir həftə ərzində imzalanacağını və şirkətin Ermənistanda qeydiyyata alınacağını bildirmişdi. O, layihəni «Müstəqillik qazandığımızdan bəri ən böyük iqtisadi layihədir» sözləri ilə xarakterizə edib.

Noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp və Nikol Paşinyan videomüraciətlərində TRIPP layihəsinin icrasına rəsmi start verildiyini elan etmişdilər.