QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin sabiq prezidenti Ərsin Tatar Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib. O, təbrikini sosial mediada paylaşıb.

Tatar paylaşımında Qarabağı azadlığa qovuşduran Azərbaycan xalqına və Prezident İlham Əliyevə tarixi qələbənin — 8 Noyabr Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

O, həmçinin Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda həyatını itirən şəhidlərin xatirəsini ehtiramla yad edib, Azərbaycan xalqına əmin-amanlıq, firavanlıq və rifah arzulayıb.