QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya səfər edəcək.

Estoniya Xarici İşlər Nazirliyinin “X” hesabında verilən məlumata görə, Tsaxna səfər zamanı Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edəcək. O, həmçinin dövlət rəsmiləri ilə görüşlər keçirəcək.

Danışıqlarda biznes, innovasiya və rəqəmsal hökumət istiqamətləri də daxil olmaqla, ikitərəfli əməkdaşlığın genişləndirilməsi nəzərdən keçiriləcək. Tərəflər Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni, eləcə də regional və Avropa təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcəklər.