QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, tanınmış aktyorların yer aldığı “Hamal” serialının ilk görüntüləri yayımlanıb.

İstanbulun qədim karvansaralarından müasir plazalarına qədər uzanan hadisələrdə qəhrəmanlar keçmişləri ilə üzləşir və sağ qalmaq üçün mübarizə aparırlar.

Serialın tamaşaçılara təqdim olunacağı tarix açıqlanıb. Oktay Kaynarca, Fahriye Evcen, Caner Cindoruk və Erdal Özyağcıların rol aldığı ekran işi dekabrın 15-də yayımlanacaq. Layihə ATV kanalında nümayiş etdiriləcək.

Oktay Kaynarcanın daha gənc həmkarı Fahriye Evcenlə eyni serialda tərəf müqabili olması aylar əvvəl müzakirələrə səbəb olmuşdu. Bu seçim birmənalı qarşılanmayıb və aktyorların yaş fərqi diqqətə çatdırılmışdı. Kaynarcanın 61, Evcenin isə 40 yaşı var.