QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyə Superliqasının 11-ci turunda “Fənərbağça” səfər matçında “Çorum”u 5:0 hesabı ilə məğlub edib.

Qonaq komandanın qollarını Meyson Qrinvud 12-ci və 63-cü dəqiqələrdə, İrfan Can Kahveci 21-ci və 56-cı dəqiqələrdə, Oğuz Aydın isə 74-cü dəqiqədə vurub.

Bu qələbə ilə xallarını 19-a çatdıran “Fənərbağça” turnir cədvəlində beşinci yerdədir. 16 xalı olan “Çorum” isə doqquzuncu pillədə qərarlaşıb.