QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi noyabrın 5-də Moskvada görüşüblər.
Kremlin məlumatına görə, tərəflər beynəlxalq və regional məsələləri, xüsusilə Fars körfəzi və ümumilikdə Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Danışıqlarda Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində əməkdaşlığın hazırkı durumu və gələcək inkişaf imkanları da nəzərdən keçirilib.