QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “Japan Tobacco International” (JTI) şirkətinin Rusiyada yerləşən dörd fabrikini dövlət nəzarətinə verib.
Qərara görə, Yaponiyaya məxsus istehsal müəssisələri müvəqqəti müddətə dövlət idarəçiliyinə keçirilib.
Ukraynada müharibə başladıqdan sonra Qərb ölkələrinin və onların müttəfiqlərinin tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiya rəhbərliyi xarici aktivlər üzərində nəzarəti artırmaq xəttini davam etdirir. JTI fabriklərinin dövlət nəzarətinə alınması Rusiyada fəaliyyətini davam etdirən iri xarici investorlar arasında növbəti narahatlıq yaradıb.