QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İraq hakimiyyəti ABŞ-nin İranın nüvə obyektlərinə zərbə endirmək təhdidləri fonunda mümkün nüvə fəlakətinə hazırlıq tədbirləri elan edib.

İraqın Nüvə, Radioloji, Kimyəvi və Bioloji Tənzimləmə üzrə Milli Komissiyasının məlumatına əsasən, ölkədə radiasiya təhlükəsi ilə bağlı müxtəlif fövqəladə hallara reaksiya planları artıq hazırlanıb. Hazırlıq işləri digər dövlət qurumları və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə koordinasiyalı şəkildə aparılır.

İraq rəsmiləri İranın nüvə obyektlərinə mümkün hücumun ölkəyə təsirinin məhdud olacağını düşünürlər. Mütəxəssislər bu qənaəti ehtimal olunan hədəflərlə İraq sərhədi arasındakı məsafə və obyektlərin yerləşdiyi xüsusiyyətlərlə izah edirlər.