QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Günel Qədimova “Xəzər Xəbər”lə əməkdaşlığını başa çatdırıb.

Aparıcı bu barədə sosial media hesabında paylaşım edib. O, qərarı öz istəyilə verdiyini qeyd edərək, Xəzər TV-də təxminən 15 il çalışdığını yazıb:

“Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, burada “yetişdim” deyə bilərəm. “Xəzər Xəbər”in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm”.