QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, sosial platformalarda yayılan muğam parçası bir neçə gündür müzakirə olunur. Sözlərinin Nüsrət Qaraqoyunluya məxsus olduğu bildirilən ifa mərhum xalq artisti Qəndab Quliyevanın adı ilə təqdim edilib.
Bəzi istifadəçilər isə həmin parçanı Qəndab Quliyevanın deyil, xalq artisti Bilal Əliyevin oxuduğunu iddia ediblər. Bilal Əliyev açıqlamasında ifanın ona məxsus olmadığını deyib.
“Bu, Qəndab xanımın səsi üzərində süni intellektlə hazırlanmış ifadır”, – sənətçi bildirib.