QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni İbrahim Borçalı 9 kiloqram çəki itirdiyini açıqlayıb.

“Xəzər axşamı” proqramında danışan ifaçı arıqlamağın səhhətinə yaxşı təsir etdiyini söyləyib. O, pis vərdişləri geridə qoyduğunu və ailəsi üçün yaşamaq istədiyini vurğulayıb: “9 kiloqram arıqlamışam. Sağlamlığım üçün yaxşıdır. Artıq pis vərdişlərdən uzaqlaşmışam. Bir az yaşamaq lazımdır. Həyat yoldaşım və qızım üçün yaşamalıyam”.

İbrahim Borçalı qızının nişan mərasiminə hazırlaşır.