QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın Xalq artisti Filipp Kirkorov övladlarının gələcəyini düşündüyü üçün işinə fasilə verə bilmədiyini bildirib.

Müğənni varislərinə elə maddi təminat yaratmaq niyyətindədir ki, onun başına nəsə gəlsə, uşaqlar ilk 2-3 il ərzində dəstəyi olmadan rahat yaşaya bilsinlər. Bununla belə, mümkün qəyyumların kimliyini açıqlamaq istəməyib.

Kirkorov vəsiyyətnamənin hər kəs üçün gözlənilməz olacağını deyib. «Vəsiyyətnamə elə ona görədir ki, hamı üçün sürpriz olsun. Bəlkə də heç nə qoyub getməyəcəyəm. Bəs sabah məni öldürsələr?! Məhz buna görə də indi düşünürəm ki, kənara nəsə qoymaq lazımdır», – deyə ifaçı bildirib.

Kirkorov surroqat ana vasitəsilə dünyaya gələn iki uşağı böyüdür. O, bu barədə açıq danışsa da, qadının adını gizli saxlamağa qərar verib. Müğənninin sözlərinə görə, sirrin açılmaması üçün kifayət qədər pul ödəyib.

İfaçı müsahibələrində qızına keçmiş həyat yoldaşı Alla Puqaçovanın və anası Viktoriya Markovnanın şərəfinə qoşa ad verdiyini dəfələrlə söyləyib. Kirkorovun sözlərinə görə, oğlu Martindən fərqli olaraq, qızının xarakteri mürəkkəbdir və müğənni qastrol səfərində olduğu vaxt evdə hamını idarə edir.