QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, müğənni Afət Fərmanqızı it və pişiklərə baxacaq işçi axtardıqlarını təsdiqləyib. O, maaşın 10 min manat deyil, 10 min rubl — 206 manat olduğunu açıqlayıb.

Fərmanqızı bu barədə danışarkən Moskvada yaşadığını bildirib. Müğənni məsələ ilə bağlı daha geniş açıqlama verəcəyini də qeyd edib.

Sosial şəbəkələrdə onun köməkçisinə istinadla yayılan elanda 10 min məbləğində maaş vəd edildiyi yazılsa da, məbləğin manat, yoxsa rubl olduğu göstərilməmişdi.