QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Gürcüstanda sərhədi qrup şəklində qanunsuz keçmək, ölkəyə külli miqdarda narkotik gətirmək və onu saxlamaq şübhəsi ilə iki nəfər saxlanılıb.
Gürcüstanın Sərhəd Polisinin açıqlamasına görə, əməliyyat tədbirləri və istintaq nəticəsində həmin şəxslərin Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sahəsinin “Vaxtanqisi” bölməsindən qanunsuz keçdiyi müəyyən olunub.
Saxlanılanlardan birinin üzərində aparılan yoxlama zamanı plastik paketdə “tebain” narkotik vasitəsi tapılıb və maddi sübut kimi götürülüb.
Hadisə ilə bağlı istintaq davam edir. Bu cinayət əməllərinə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.