QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hansi Flik “Sabah”la qarşılaşma öncəsi mətbuat konfransında rəqib komandanın oyununu dəyərləndirib.

Flik “Sabah”ın topla yaxşı oynadığını söyləyib. Onun sözlərinə görə, məşqçilər korpusu rəqibi birlikdə təhlil edib. Baş məşqçi bütün rəqiblərə hörmətlə yanaşdıqlarını da vurğulayıb.

Flik bildirib ki, komanda daha əvvəl Lamin Yamalsız da meydana çıxıb və futbolçunun vəziyyəti qaydasındadır. Qərara əsasən, Yamal İspaniyada qalıb.

Baş məşqçi “Sabah”ın UEFA Çempionlar Liqasında ilk dəfə iştirak etdiyini xatırladaraq, Azərbaycan klubunun “Barselona” və “Mançester Yunayted” kimi komandalarla üz-üzə gəlməsini xüsusi hadisə kimi qiymətləndirib. O, “Sabah”ın La Liqada çıxış edəcəyi təqdirdə ən yaxşı komandalardan biri ola biləcəyini deyib.