QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq işğal altında qalmış torpaqları 44 gün sürən döyüşlərdən sonra azad edilib. Azərbaycan Ordusu Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayıb. Tarixi Zəfər ordunun qəhrəmanlığı, hərbçilərin fədakarlığı və xalqın birliyi nəticəsində qazanılıb.
Qələbəyə töhfə verənlər arasında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin döyüşçüsü də olub. O, 44 günlük müharibə ərzində müxtəlif istiqamətlərdə keçirilən əməliyyatlarda iştirak edib və relyefi mürəkkəb ərazilərdə düşmənə qarşı döyüşüb. Təhlükəli tapşırıqları silahdaşları ilə birgə yerinə yetirib.
Döyüşçü müharibənin gərgin məqamlarını, xüsusi təyinatlıların üzləşdiyi çətinlikləri, düşmən mövqelərinə hücumları, pusquları və ermənilərin müdafiə xəttinin yarılmasını xatırlayıb. O, həmin günlərdə baş verənlərdən, döyüş yoldaşlarının şücaətindən və Qələbəyə gedən yolda qarşılaşdıqları sınaqlardan danışıb.
Döyüşçü ilə videomüsahibə təqdim olunur.