QafqazNews Manset.az-a istinadən xəbər verir ki, milli komandaların beynəlxalq oyunları səbəbindən Misli Premyer Liqasında yaranan fasilə zamanı “Kəpəz”in hazırlıq qrafiki bəlli olub.
XI turda “Neftçi” ilə üz-üzə gələn Gəncə təmsilçisinin oyunçuları dörd günlük istirahətdən sonra noyabrın 10-da məşqləri bərpa edəcəklər.
Hazırlıq çərçivəsində komanda bir yoxlama oyunu keçirəcək. Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydançasında I Liqada çıxış edən “Gəncəbasar”la qarşılaşacaq.