QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhid övladları ilə görüşüb.

Görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş hərbçilərin xatirəsi ehtiramla anılıb. Şəhid övladlarının qayğıları və problemləri dinlənilib, sosial durumları və gündəlik ehtiyacları ilə maraqlanıblar. Bildirilib ki, Vətən uğrunda canından keçən döyüşçülərin xatirəsi daim uca tutulur, ailələri isə diqqət və qayğı ilə əhatə olunur.

Hikmət Mirzəyev uşaqların fikirlərini dinləyərək, onların arzu və istəklərinin dövlətin diqqət mərkəzində saxlanılacağını deyib.

Şəhid övladları göstərilən diqqətə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edilib ki, şəhidlərin xatirəsini yaşatmaq və ailələrinə dəstək olmaq Azərbaycan Ordusunun əsas mənəvi dəyərlərindəndir.