QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr – Zəfər Günü münasibətilə göndərdiyi təbrikə görə minnətdarlığını çatdırıb.
Dövlət başçısının “X” sosial şəbəkə hesabında yayımlanan müraciətində qeyd olunub ki, 8 Noyabr Azərbaycan torpaqlarının azad olunmasını və təxminən 30 illik işğalın başa çatmasını ifadə edən mühüm gündür.
İlham Əliyev Pakistanın dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini bildirib. O, Şahbaz Şərifin ötən il Bakıda təşkil edilən Zəfər Paradında iştirakını iki ölkə arasında davamlı dostluq və qardaşlığın növbəti nümunəsi kimi qeyd edib.
Şahbaz Şərif təbrikində 8 Noyabrı Azərbaycan xalqının cəsarətini, qətiyyətini və fədakarlığını tarixə yazan gün kimi xarakterizə etmişdi.