QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İsrail Prezidenti İsxak Hersoq bazar günü müxalifət lideri Qadi Ayzenkota hökuməti formalaşdırmaq tapşırığı verib.
Hersoq qəbul etdiyi qərarla bağlı Ayzenkotu və hazırkı Baş nazir Binyamin Netanyahunu məlumatlandırıb. Prezident hökumət başçısı vəzifəsinə namizədi yeni çağırış Knessetin üzvlərini təmsil edən nümayəndə heyətləri ilə apardığı məsləhətləşmələrdən sonra seçib.
Məsləhətləşmələr zamanı 67 deputat Ayzenkotun namizədliyini dəstəkləyib, 46 deputat isə Netanyahuya üstünlük verib. Digər deputatlar bitərəf mövqe tutublar.
Ayzenkotun hökuməti qurmaq üçün 28 günü var. Ehtiyac yaranarsa, o, bu müddətin 14 gün artırılmasını tələb edə bilər.